Xalq yazıçısı Elçinin kitabları Almaniyada

Xalq yazıçısı Elçinin kitabları Almaniyada
17 noyabr 2020
# 18:01

Bu günlərdə nüfuzlu “Epubil” və “Pem” nəşriyyatları Elçinin hekayələrindən ibarət daha iki kitabını nəfis şəkildə nəşr edib.

Kulis.az xəbər verir ki, “Sarı gəlin” adlı kitaba müəllifin eyni adlı hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, “Missiya” adlı kitaba isə onun son illərdə yazdığı hekayəlr toplanmışdır Kitablarda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.

Həm “Epubil”, həm də “Pen” nəşriyyatlarının nəşr etdiyi əsərlər Avstriya və İsveçrə kitabxanaları tərəfindən alınır, eləcə də Amazon, Buchkatalog, Thalia, Higendubel, Veltbild kimi Avropanın ən məşhur internet satış firmaları da bu kitabları əldə edir.

Xatırladaq ki, alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxından tanışdırlar. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romapnı Almaniyada bir neçə dəfə nəşr edilmişdir. Eləcə də Xalq yazıçısının hekayələri və povestləri toplanmış kitabları ölkənin müxtəlif nəşriyyatlarında işıq üzü görmüşdür. Elçinin seçilmiş pyeslərindən ibarət kitabı da almanq oxucularına təqdim edilmişdir. Onun dramaturgiyası nəsr əsərləri ilə birlikdə, görkəmli ədibin yaradıcılığı haqqında alman oxucularında dolğun təsəvvür yaratmışdır.

Hər iki kitabdakı əsərləri türkoloq K.Hermann Kiehl alman dilinə tərcümə etmişdir.

# 2545 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər