Vaqif Mustafazadənin xatirəsi anıldı

Vaqif Mustafazadənin xatirəsi anıldı
16 dekabr 2019
# 19:20

Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin vəfatından 40 il ötür.

Dekabrın 16-da respublikamızın tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Yasamal qəbiristanlığına gələrək Vaqif Mustafazadənin məzarını ziyarət edib, onun qəbirüstü abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Vaqif Mustafazadənin həyat yoluna nəzər salib: “O, Azərbaycan musiqi mədəniyyətinin ən parlaq ulduzlarından biri idi. Qısa bir ömür yaşamasına baxmayaraq caz musiqisində yeni janr yarada bilib. Onun qərb cazının muğamla sintezi dünya şöhrətli cazmenlər tərəfindən yüksək dəyərləndirilib. Vaqif Mustafazadə özünü bəstəkar və “Sevil”, “Muğam” kimi ansamblların rəhbəri kimi təsdiq edib”.

Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti Vaqif Mustafazadə sənətini hər zaman yüksək qiymətləndirir. /azertag.az/

# 4812 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər