VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub - Foto

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub - Foto
6 oktyabr 2021
# 13:11

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının (“Baku International Book Fair 2021”) açılışı olub.

APA-nın məlumatına görə, açılışda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmed Demircan iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əli Əhmədov sərginin əhəmiyyətindən danışıb: “Azərbaycanda artıq ənənə halını almış kitab sərgisinin açılışı münasibətilə hamını təbrik etmək istəyirəm. Belə sərgilər hər bir xalqın və dövlətin tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan xalqının kitaba olan hörmətinin göstəricisidir. Sivilizasiyanı kitabsız təsəvvür etmək mümkün deyil. Azərbaycan tarixinin bu günə çatmış ənənələri də kitabla bilavasitə əlaqədardır. 2021-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan olunub. Yazı və kitab tarixin ən etibarlı saxlanc yeridir. Bu günlərdə Azərbaycan xalqının əldə etdiyi möhtəşəm qələbələr kitablarda öz əksini tapacaq”.

Mədəniyyət naziri Anar Kərimov builki sərginin ötən illərdəkindən fərqli olduğunu deyib: “Ölkə rəhbərliyi tərəfindən kitab mədəniyyətinə mühüm diqqət göstərilir. Artıq on dörd ildir ki, Azərbaycanda belə möhtəşəm kitab sərgisi keçirilir. Bu il ölkə cənab Prezidenti tərəfindən “Nizamı Gəncəvi ili” elan olunub. Ona görə də qərara gəldik ki, builki kitab sərgisini məhz Nizami Gəncəviyə həsr edək”.

Emin Əmrullayev kitabın cəmiyyət həyatındakı rolundan danışıb: “Kitab təhsilin mərkəzində duran əsas anlayışlardan biridir. Məsələnin bir qədər də dərininə getsək, kitab mədəniyyətdir. Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir”.

Qeyd edək ki, sərgidə 13 ölkədən 165 müəssisə iştirak edir.

“Nizami Gəncəvi İli” çərçivəsində hər gün saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək.

Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metrostansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasından isə hər saatdan bir avtobuslar ödənişsiz hərəkət edəcəklər. Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.

# 3165 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər