Tarixi Muzeyində “Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi”nin fotoneqativi saxlanılır

Tarixi Muzeyində “Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi”nin fotoneqativi saxlanılır
18 aprel 2020
# 15:02

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda “Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi” fotoşəklinin neqativi saxlanılır.

Kulis.az xəbər verir ki, Üzeyir və Zülfüqar qardaşları tərəfindən “Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi” 1916-cı ildə təşkil edilib. Truppaya görkəmli səhnə xadimləri daxil idi, Abbas Mirzə Şərifzadə rejissor kimi qəbul edilmişdi. Truppa həm Bakıda tamaşalar verir, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedirdi. Truppanın repertuarında Hacıbəyli qardaşlarının opera və operettaları (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və başqa operalar, “Ər və arvad”, “Evliykən subay”, “Arşın mal alan”, “O olmasın, bu olsun” və digər musiqili komediyalar) əsas yer tuturdu. Truppa 1918-ci ildə Bakıda bolşevik-daşnak hakimiyyəti zamanı fəaliyyətini müvəqqəti dondurub, Azərbaycan Xalq Cümhuriyyəti dövründə davam etdirib. 1920-ci ilin aprel işğalından sonra isə tamamilə fəaliyyəti dayandırılıb və ləğv edilib.

Muzeydə qorunan bu fotoneqativ Azərbaycan teatr tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

# 3770 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər