Stenli Kubrik filmində aktrisanı təhqir edib - Beysbol çubuğu ilə...

Stenli Kubrik filmində aktrisanı təhqir edib - Beysbol çubuğu ilə...
28 fevral 2020
# 11:39

Sosial şəbəkə istifadəçilərindən birinin 1999-cu ildə vəfat edən rejissor Stenli Kubrikin “Parıltı” filminin çəkilişi zamanı aktrisa Şelli Duvala necə işgəncə verdiyindən bəhs edən yazı paylaşıb.

Kulis.az xəbər verir ki, bu barədə "Medialeaks" nəşri məlumat yayıb. Bildirilib ki, Tvitterin ingiltərəli istifadəçilərindən biri səhifəsində rejissorun qeyri-adi iş üsullarından bəhs edən bir neçə yazı yerləşdirib.

Yazıda rejissorun mükəmməl səhnələrə nail olmaq üçün sənətçini eyni səhnənəyə 127 dəfə çəkilməyə məcbur etdiyi bildirilib. Bu, filmin qəhrəmanı Vendy Torrensin həyat yoldaşının beysbol çubuğu ilə döyməyə çalışdığı bir epizoddur: Deyilənə görə, “Ginnesin rekordlar kitabı"na düşən həmin səhnə üçün Duvall gündə 12 saat ağlayıb.

Şərhlərdə istifadəçilər Kubriki tənqid edərək onun bu davranışlarının aktrisaya qarşı təhqir kimi qiymətləndiriblər. Qeyd edək ki, Duval dörd il əvvəl özü bu barədə açıqlama vermişdi.

Stenli Kubrik film tarixinin ən məşhur rejissorlarından biridir, “Spartak”, “Şöhrət yolları”, “Parıltı”, “Lolita” və başqaları kimi filmlərin müəllifidir. Onun çəkdiyi “Parıltı” filmi dəfələrlə ən yaxşı qorxu filmləri siyahısına daxil edilib.

Gallery

# 3475 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər