Qarabağla bağlı rəsm müsabiqəsi elan olundu

Qarabağla bağlı rəsm müsabiqəsi elan olundu
16 dekabr 2020
# 19:01

Türkiyə və Azərbaycan Gənclər fondlarının ortaq layihəsi çərçivəsində Vətənimizin Qarabağ Zəfərinə həsr olunan “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqənin əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir.

Müsabiqə hər iki ölkənin gəncləri üçün eyni tarixlərdə eyni şərtlərlə həyata keçiriləcəkdir.

Müsabiqədə I, II və III yerləri qazanan gənclər 3 günlük Türkiyəyə səfər edəcəklər. Müsabiqədə 14-17 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi böyüklüyündə olan rəsmlərlə qatıla bilər. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir.

Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz. Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər. Rəsmin üzərində və ya arxasında iştirakçının adı və ya ona aid imza qeyd edilməməlidir.

Müsabiqə qaliblərinin adları və əsərləri Fondun rəsmi veb və sosial media səhifələrində yerləşdiriləcək.

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər