Notr-Dam kilsəsi yenidən bərpa ediləcək

Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10 iyul 2020
# 10:01

Fransanın məsləhətçi komissiyası sayılan Milli İrs və Memarlıq Komissiyası Notr-Dam kilsəsinin yenidən bərpası ilə bağlı qərar vermək üçün bir araya gəlib.

Mütəxəssislər iclas zamanı kilsənin şpil (qüllə) hissəsi və qəzadan əvvəl ağacdan hazırlanmış damın və onun çərçivəsinin yenidən qurulması məsələsini müzakirə ediblər.

XIX əsrdə memar Eugene Viollet-le-Dukun inşa etdiyi dam örtüyünün eynilə bərpası üçün ölkə əhalisi və bu işi görəcək mütəxəssislər arasında yekdil bir fikir mövcuddur.

Parisin qotik üslubun incisi sayılan Notr-Dam kilsəsinin 2019-cu il aprelin 15-də yanğın zamanı dağılan dam örtüyü bərpa olunarkən onun əvvəlki görkəmi özünə qaytarılacaq.

Qeyd edək ki, kilsədə ilk şpil 1250-ci ildə inşa edilib və uçmaq təhlükəsi ilə üzləşdiyindən 1786-1792-ci illərdə demontaj olunub. XIX əsrdə dam örtüyünün bərpasına cavabdeh olan Eugene Viollet-le-Duk kilsənin üstünü bağlamaq üçün yerdən 93 metr hündürlüyündə taxta və 750 ton qurğuşundan istifadə edərək yeni şpil inşa edib. /azertag.az/

# 3262 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər