Məşhur roman Azərbaycan dilinə tərcümə edildi - Foto

Məşhur roman Azərbaycan dilinə tərcümə edildi - Foto
30 mart 2021
# 12:36

Yunan yazıçısı Nikos Kazantsakisin "Zorba" romanı Azərbaycan dilinə tərcümə edilib.

Kulis.az xəbər verir ki, əsər "TEAS Press" nəşriyyatında çap olunub.

Romanda əhvalat gənc yazıçının dilindən nəql olunur. Yaxın bir dostu ilə yolları ayrıldığı üçün özünü tənha hiss edən yazıçı həyatında dəyişiklik eləmək istəyir. O, Krit adasına, atasından qalma ərazidə, çoxdan bağlanmış şaxtanı yenidən açmaq üçün gedir. Yolda 60 yaşlarında bir kişi ilə tanış olur. Özünü Aleksis Zorba kimi təqdim edən kişi gənc adamdan ona iş verməyi xahiş edir. Rumıniyada doğulan Zorba aşpaz, şaxtaçı işləyə biləcəyini, hər cür iş bacardığını, sənturda (toxmaqla çalınan musiqi aləti) ifa edə bildiyini deyir. Onun ifadəli manerası, maraqlı danışığı gəncin diqqətini çəkir. O, Zorbanı işə götürməyi qərara alır.

Adaya çatanda onlar madam Qortenziyanın mehmanxanasına baş çəkirlər və onun sahib olduğu komalardan birində yaşayırlar. Madam Qortenziya qonaqlarla isnişir, özünün keçmişindən, kurtizan həyatından danışır. Zorba qadını əzizləyərək Bubilina (1821-ci ildə yunanların Osmanlı imperiyasından azad olmaq üçün başladıqları mübarizədə qəhrəmanlıq göstərən Laskarina Bubilina nəzərdə tutulur) adlandırır.

Ertəsi gün şaxta açılır. İş başlayır. Sosialist baxışlarına malik yazıçıya Zorba xəbərdarlıq edir ki, işçiləri ilə arasında məsafə saxlasın. "İnsan heyvandır. Əgər sən onlarla kobud olsan, qorxacaq və hörmət edəcəklər. Xeyirxah olsan gözlərini çıxaracaqlar". Zorba özü isə bütün günü işləyir, yazıçı ilə müxtəlif mövzularda söhbət edir. Zorbanın həyat, ölüm, vətən, Tanrı və s. haqda maraqlı, özünəməxsus dərin fikirləri, həyat təcrübəsi gəncə təsir göstərir.

Yazıçının kənddə gənc və gözəl dul qadınla eşq macərası başlayır. Bu isə sərt əxlaq qaydaları olan kənd sakinləri tərəfindən çox pis qarşılanır. Dul qadını sevən bir kənd cavanının sevgisi cavabsız qaldığından o, intihar edir. Və onun atası dul qadını öldürür.

Hadisələrin sonrakı gedişatında Zorba ilə yazıçının yolları ayrılır. Buna baxmayaraq onlar tez-tez məktublaşırlar.

1964-cü ildə yunan rejissoru Mixails Kakoyanis roman əsasında "Zorba" filmini çəkib. Bu, rejissorun ən məşhur ekran işi sayılır.

Amerika, İngiltərə və Yunanıstanın birgə istehsalı olan film üç Oskar mükafatına layiq görülüb.

# 3593 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər