Məşhur Azərbaycan rejissoru haqqında kitab nəşr edildi

Məşhur Azərbaycan rejissoru haqqında kitab nəşr edildi
7 dekabr 2020
# 16:43

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə, Həsən Seyidbəyliniin 100 illiyi münasibəti ilə ustad sənətkarın filmlərinə son 50 ildə yazılmış resenziyalardan, yaradıcılığıı haqda məqalələrdən, müsahibələrdən ibarət toplu işıq üzü görüb.

Kulis.az xəbər verir ki, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə görkəmli yazıçı, ssenarist, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənəylə qeyd olunur.

Xalq artisti Həsən Seyidbəylinin 17 il sədr kimi rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı da məşhur ekran ustasının xatirəsinə öz töhfəsini vermək üçün tədbirlər planı hazırlayıb. H.Seyidbəyli haqqında məqalələr toplusunun nəşri də həmin tədbirlərdən biridir.

Toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur. Toplu Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino sənətkarlarımız” seriyasından ilk nəşridir.

Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən xəbərə görə, kino tariximizini geniş təbliği üçün “Azərbacan kino sənətkarları” seriyasından növbəti kitab Lətif Səfərova həsr olunacaq.

122 illik kino tariximizin geniş işıqlandıran “Azərbaycan kino sənəti tarixi” 4 cildliyi də yaxın həftələrdə nəşr olunacaq.

# 3391 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər