III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı

III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
4 avqust 2020
# 16:21

Azərbaycan Kinematoqraflar İtiifaqı (AKİ) III Animafilm Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını açıqlayıb.

Kulis.az verir ki, Festivalın direktoru Rəşid Ağamalıyev bildirib ki, bu il daha çox ərizələr ABŞ-dan gəlib: “Böyük Britaniya, Kanada və Fransa kimi həmişə aktiv idi. Bu il ötən illə müqayisədə iki dəfə daha çox ərizə aldıq. Azərbaycandan 20 animasiya filmi və 40 ssenari daxil olub. Bu bir daha sübut edir ki, Azərbaycanda animasiya inkişaf etməyə başlayır”.

ANİMAFİLM festivalının Seçim Komissiyasına baxılması üçün dünyanın 58 ölkəsindən(Azərbaycan, İran, Hindistan, Rusiya, Hollandiya, Özbəkistan, Fransa, Avstraliya, Yaponiya, Almaniya, Kanada, İspaniya və s.) 433 ərizə daxil olub. Müraciətə baxılaraq 146 əsər müsabiqə proqramına daxil edilib:

Beynəlxalq müsabiqə:

  • Ən yaxşı tammetrajlı animasiya filmi
  • Ən yaxşı qısametrajlı animasiya filmi
  • Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari
  • Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi
  • Uşaqlar tərəfindən çəkilmiş̧ ən yaxşı qısametrajlı animasiya filmi
  • Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi
  • Ən yaxşı qısametrajlı tələbə animasiya filmi
  • Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı
  • Ən yaxşı musiqili animasiya videosu

Milli müsabiqə:

  • Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi
  • Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi
  • Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi
  • Uşaqlar üçün nəzərdə tutulmuş qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi.

Müsabiqə proqramına Seçilmiş filmlərə və ssenarilərə gəlincə, onlar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və nəticələr ANİMAFİLM Festivalının bağlanış mərasimində – 18 oktyabr 2020-ci il tarixində elan ediləcək.

Qeyd edək ki, festivalın qalibləri mükafatlandırılacaqlar. Belə ki, ANİMAFİLM festivalı “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə yeni mükafat təsis edib.

Mükafat Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə təsis olunub. Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcək.

“Qısametrajlı animasiya filmi üçün ən yaxşı azərbaycan ssenarisi” kateqoriyasında ANİMAFİLM mükafatı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə birgə təqdim olunacaq. Qalib qiymətli foto kamera ilə mükafatlandırılacaq

# 2377 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər