Haluk Bilginer İstanbulda coşqu ilə qarşılandı

Haluk Bilginer İstanbulda coşqu ilə qarşılandı
27 noyabr 2019
# 10:55

“Şahsiyet” serialındakı Agah Beyoğlu roluna görə Beynəlxalq “Emmi Mükafatları”nda Ən Yaxşı Kişi Aktyoru mükafatına sahib olan məşhur türk aktyor Haluk Bilginer İstanbulda böyük coşqu ilə qarşılanıb.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Emmi mükafatı alan ilk Türk” olaraq tarixə düşən Haluk Bilginer hava limanında jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, mükafata namizəd göstərilməsi onun üçün qürurverici idi: “Mükafatı qazanmağım gözəldir, amma məni ən çox sevindirən Türkiyədə bu mükafatın sevinc və qürurla qarşılanmasıdır. Demək ki, belə bir enerjiyə ehtiyac vardı. Ona görə də hamı çox sevincli, mən də çox xoşbəxtəm”.

Jurnalistin “Populyarlıq sizcə uğurdurmu?” sualına aktyor: “Xeyr populyarlıq uğur deyil. Uğur işin keyifiyyəti və neçə il davam edəcəyinə bağlıdır. Bir il sonra unudulursa uğurlu deyil, 20 il sonrra yenidən izlənilirsə bu artıq uğurdur” cavabını verib.

# 3290 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər