Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi

Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
13 avqust 2020
# 10:43

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən istehsal olunmuş “Xocalı–bir millətin kədəri” sənədli filminin Azərbaycan dili versiyasının AzTV-də təqdimatı və nümayişi həyata keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev filmin üç dildə - Azərbaycan, ingilis, rus dillərində istehsal olunduğunu, 2020–ci ilin sonunda isə daha iki dildə türk və fransız dillərində olacağını bildirib.

Avqustun 15-də nümayişi nəzərdə tutulan sənədli film 1988-1993–cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı, bu zaman 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətlərinin və erməni yalanlarının ifşa olunması haqqındadır. Xocalı soyqırımı haqqında həqiqətlərin və obyektiv məlumatların dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir.

Filmin ssenarisi Birləşmiş Krallıqdan olan, uzun illər Azərbaycanda yaşayıb-yaratmış müstəqil jurnalist İan Piert tərəfindən şəxsi müşahidələr və araşdırmalar nəticəsində yazılıb.

Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən biri Xocalı soyqırımına təkcə 1992–ci il fevralın 26-da baş vermiş faciə fonunda baxmamaq, soyqırıma qədərki tarixi dövrlərdə Azərbaycanda, Qarabağda və Xocalı şəhərində baş vermiş proseslərin təhlili, şəhərin qədim və yaxın keçmişdəki tarixinin tamaşaçıya təqdim olunması, orada keçmişdə ermənilər tərəfindən törədilən qırğınlar haqqında məlumatların verilməsi, niyə məhz Xocalının ermənilər tərəfindən hədəf alınması kimi sualların cavablandırılmasıdır.

Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən digəri isə Xocalı ilə bağlı yeni orijinal videomaterialların filmin istehsalında istifadə olunmasıdır. Bu baxımdan “Xocalı–bir millətin kədəri” filmi Azərbaycanda Xocalının bütün tarixi dövrlərini və 1992-ci il 26 fevral soyqırımını orijinal çəkiliş materialları, video- arxiv materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi, tarixi sənədli ekran əsəridir.

Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, ssenari müəllifi Birləşmiş Krallıqdan olan, uzun illər Azərbaycanda yaşayıb-yaratmış müstəqil araşdırmaçı jurnalist İan Piert, məsləhətçiləri Milli Məclisin deputatı Elman Məmmədov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi–alim Ramin Əlizadə və Natıq Alışov, quruluşçu rejissoru Teymur Nəcəfzadə, operatorları Pərviz Əliyev və Cahid Əliyevdir. Filmi Azərbaycan dilində Elşən Rüstəmov səsləndirib.

“Xocalı–bir millətin kədəri” sənədli filmi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə istehsal olunub. /azertag.az/

# 2960 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər