Brilliant Dadaşovadan şok açıqlama: "Təbiət tərbiyəsizlərdən təmizlənir"

Brilliant Dadaşovadan şok açıqlama: "Təbiət tərbiyəsizlərdən təmizlənir"
2 aprel 2020
# 13:00

Koronovirus səbəbindən dünyada və ölkəmizdə elan olunan xüsusi karantin rejimi sənətçilərin fəaliyyətinə də öz təsirini göstərib. Sosial izolyasiya qaydalarına əməl edən sənət adamları mövcud vəziyyətlə bağlı sosial şəbəkədə duyğularını bölüşüb, insanları evdə qalmağa səsləyiblər

Kulis.az onlardan bir neçəsini təqdim edir.

Gallery

Xalq artisti Zülfiyyə Xanbabayeva: "Günlərdir düşünürəm: baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə? Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?! Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən, panikadan, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək.

İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əskik etməyək".

Gallery

Brilliant Dadaşova : “Təbiət öz qucağını necə də gözəl təmizlədi. Pis insanlardan, şərdən, böhtandan, günahsız uşaqları qətlə yetirənlərdən, tərbiyəsizlərdən. Allahı inkar edib, ətrafa pislik yayanlardan öz qucağını bərk silkələyib təmizlədi. Küçələr boşdur. Təbiət bir az nəfəs almaq istəyir az da olsa. Ümid edirəm ki, izləyicilərim sözlərimi yanlış anlayıb, dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər.”

Gallery

Ədalət Şükürov: “1 ay evdə qalmaq 14 gün karantində qalmaqdan yaxşıdır. Özünüzü və ətrafınızdakı insanları düşünün. Sosial izolyasiya qaydalarına uyğun davranın. Xüsusi karantin müddəti bitənə qədər evinizdə qalın.”

Gallery

İradə İbrahimova : “Bu dünyanı sevən, özünü sevən, əzizlərini sevən, evindən çıxmasın. Sakit, təmiz, ümidli ol evindən çıxma. Çünki təmizlik, ümid, sadiqlik, səy, güclü vücud, pozitiv düşüncə, zəka, hörmət, zaman, səbir və içdən dualarımızla bu virusu durdura biləcəyik. Dağıtdığın kimi bizi yenidən topla Allahım. Darda qoyma heç kimi, bağışla bizi. Dualarımız birləşib göy üzünə yüksəlsin. Məndə də sizlərdəki kimi keçməyən ürək ağrısı var. Əlbəttə bir gün keçib gedəcək, amma keçdikdən sonra geridə nələr qoyub gedəcək bilmirəm. Ölməkdən qorxduğumu düşünməyin. Ölümdən əsla qorxmuram. Qorxum sinifdə qalmaq da deyil. İmtahanlarda olmaqdır. Hər biriniz dualarımdasınız bunu bilin. Bütün canlılar, cansızlar, heyvanlar, bitkilər hər şey dualarımdadır”.

# 7770 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər