Böyük Britaniya film festivalı onlayn keçiriləcək

Böyük Britaniya film festivalı onlayn keçiriləcək
4 fevral 2021
# 19:29

“British Council” (Britaniya Şurası), Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə ölkəmizdə keçirilən ənənəvi Böyük Britaniya film festivalı bu il onlayn formatda reallaşır.

Nazirlikdən Kulis.az-a verilən məlumata görə, yanvarın 22-dən başlayan festival fevralın 22-dək “CoolConnections” incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçirilir.

“Biz ən həyəcanlı, düşündürücü və tənqidçilər tərəfindən bəyənilmiş yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Böyük Britaniya film festivalının 2021-ci il buraxılışında bütün cəmiyyətlərdə tam və bərabərhüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək, əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə diqqəti çəkir”, – deyə “British Council”in məlumatında bildirilir.

Qeyd olunur ki, festival filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərə sadiqliyimizin təməl daşıdır. Bütün filmlər Azərbaycan dilində alt yazılarla və ingilis dilində nümayiş etdirilir.

Filmlərə müvafiq qeydiyyatdan keçməklə http://bit.ly/britishfilmfestival linkindən və ya festivalın daimi saytından – www.britishfilmfest.az keçid edərək baxmaq olar. Hər bir film izlənilməyə başlandığı andan 48 saat ərzində nümayişə açıq olacaq.

# 3006 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər