Bakirə qız axtaran debillər

Bakirə qız axtaran debillər
17 sentyabr 2021
# 11:10

Ölkədə baş verən cinayətlərin böyük əksəriyyətinin səbəbi qadınlardır, daha doğrusu, qadının cinsəl kimliyi.

Görən biz niyə qadını yalnız cinsəl kontekstdə görə bilirik.

Azərbaycan əhalisinin gündəlik istifadə etdiyi əşyalar, baxdığı filmlər, dinlədiyi musiqilər uzun illərdir Qərbdən Şərqə doğru axan məhsullardır. Amma nədənsə hər şeyi Qərbləşən adamlarımız bircə qadınla bağlı stereotipləri mağaradan bura qədər özüylə daşıyır.

Məktəb üzü görməyən, heç bir istiqamətdə ixtisaslaşmayan, bir adamla 5 kəlməni ardıcıl danışa bilməyən, əlindən xırda bir iş gəlməyən gədə-güdə evlənəndə qızın bakirəliyindən elə muğayat olur ki, guya evləndiyi qadının qızlıq pərdəsi yerindədirsə, bunların bir ömür heç bir problemi olmayacaq, ailə xoşbəxtliyi, firavanlıq baş alıb gedəcək.

Qeyrət deyən kimi yada qadın düşür, bəkarət deyən kimi qadının qızlığı. Biz niyə böyük-böyük anlayışları gətirib qadının bədəninə toplamışıq? Hansı ki, sonra o həmin məsələlərin üstündə dava düşəndə, müharibə meydanımız qadının bədəni olur. Ona görə əksər “qeyrət davaları”nın sonu qadının da ölümü ilə bitir.

Qadın bədənini bu artıq yükdən xilas etməyin vaxtı çoxdan çatıb.

Qadına əlavə dəyərlər biçməklə onu əlahiddə varlığa çeviririk, sonra onun xəyanətini, laqeydliyini, əsəbini, bezdiriciliyini görəndə aləm dəyir bir-birinə.

Qadın bədəninin bütləşdirilməsi toplumun seks aclığından yaranır. Cinsəl ehtiyacları zamanında ödənən bir insan heç zaman qadın bədənini ilahlaşdırmaz. Arzulanan, lakin heç bir mahiyyət daşımayan bir akta – seksə görə canlar almaz, başlar kəsməz.

Maşınımız, geyimimiz, yeməyimiz, görkəmimiz, ölkəmiz dəyişirsə, bütün dəyərlər də bu yeniliyə uyğunlaşmalıdır; “Bakirə qız”, “boşanmış qadın”, “xəyanət” kimi anlayışlara da artıq yeni gözlə baxılmalıdır.

Bakirə qız axtaran oğlanların əksəri bəkarətin nə olduğunu bilməyən debillərdir. Onlar üçün qeyrət, bəkarət, namus, xəyanət, ailə - hər şey qadının dizindən göbəyinə qədər olan hissədə toplanıb.

Bəkarət nədir?

Boşanmış qadın kimdir?

Xəyanət nədir?

Gəlin bir daha bu barədə düşünək...

# 11071 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər