Azərbaycan filmi Almaniya festivalında iştirak edəcək

Azərbaycan filmi Almaniya festivalında iştirak edəcək
28 yanvar 2020
# 18:49

Azərbaycanlı rejissor Mariya İbrahimovanın “Alagöz” filmi “Berlinale 2020” kinofestivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, ekran əsəri Azərbaycan və Türkiyənin birgə layihəsi əsasında çəkiləcək.

Filmin ekranlaşdırılmasına beynəlxalq çəkiliş qrupu cəlb ediləcək və çəkilişlər 2020-2021-ci illərdə Azərbaycanda və qonşu ölkələrdə aparılacaq.

Ekran əsəri yazıçı Meyxoş Abdullayevin eyniadlı hekayəsi əsasında çəkiləcək. Hekayə 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi "Yaddaş" mükafatına layiq görülüb.

Xatırladaq ki, “Berlinale 2020” kinofestivalına bu dəfə dünyanın 36 ölkəsindən 34 bədii film layihəsi təqdim edilib. Azərbaycan uzun illər ərzində ilk dəfə olaraq bu festival Mariya İbrahimovanın “Alagöz” layihəsini təqdim edəcək. Beynəlxalq çəkiliş qrupu cəlb edildiyi filmin çəkilişləri 2020-2021-ci illərdə Azərbaycanda və qonşu ölkələrdə aparılacaq. Filmin mövzusuna gəlincə, evakuasiya zamanı itkin düşmüş Qarabağ atı və işğal altında olan Kəlbəcər qaçqınının axtarışı üzərində qurulub.

Filmin prodüseri Zeynep Özbatur Atakandır (Türkiyə) Nuru Bilgəh Ceylanla birgə. O, “Üç meymun”, “Bir dəfə Anadoluda”, “Qış yuxusu” kimi filmləri ilə dünya səviyyəsində tanınan prodüserlərdən biridir.

# 7005 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər