69-cu "Qremmi"nin tarixi və yayım detalları açıqlandı

69-cu "Qremmi"nin tarixi və yayım detalları açıqlandı
14 may 2026
# 10:40

Musiqi dünyasının ən nüfuzlu mükafatı hesab edilən "Qremmi"nin növbəti təqdimetmə mərasiminin vaxtı məlum olub.

Kulis.az xəbər verir ki, 69-cu illik mərasim 7 fevral 2027-ci ildə Los-Ancelesdə keçiriləcək.

Builki mərasim yayım tərəfdaşının dəyişməsi ilə əlamətdar olacaq; 1972-ci ildən bəri translyasiyanı həyata keçirən CBS-in yerini ABC telekanalı alacaq.

Tamaşaçılar mərasimi eyni zamanda "Hulu" və "Disney+" platformaları vasitəsilə də izləyə biləcəklər.

Namizədlərin siyahısı 16 noyabr 2026-cı ildə rəsmən elan ediləcək, qaliblərin son seçimi isə dekabr və yanvar aylarında aparılacaq.

Xatırladaq ki, cari ilin fevralında reper Kendrik Lamarın "Not Like Us" kompozisiyası "İlin mahnısı" nominasiyasında qalib gəlmişdi.

# 946 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər