2400 illik məzardan qızıl zinət əşyaları tapıldı

2400 illik məzardan qızıl zinət əşyaları tapıldı
13 fevral 2025
# 10:27

Arxeoloqlar Qazaxıstanın Atırau vilayətində 2400 il əvvələ aid üç qədim kurqanda qızıl zinət əşyaları və silahlar aşkar ediblər.

Kulis.az xəbər verir ki, araşdırma zamanı tapılan V əsrə aid əşyalar burada köçəri sarmat xalqının yaşadığını göstərir.

Qazıntılara rəhbərlik edən arxeoloq Marat Kassenov bildirib ki, əvvəllər Atırau bölgəsinin Sarmat torpaqları ilə sərhəddə olduğu düşünülsə də, bu kəşflər bölgənin, əslində, sarmatların mərkəzi ola biləcəyi ehtimallarını artırır. Xəzər dənizinin şimalında yerləşən bu ərazi köçəri sarmatlar üçün mühüm mərkəz ola bilərdi.

Sarmatlar kimdir?

Sarmatlar eramızdan əvvəl V əsrdən eramızın IV əsrinə qədər Şərqi Avropa və Orta Asiyanın çöllərində hökmranlıq edən köçəri xalq olub. İlk dəfə fars yazılarında bəhs olunan sarmatlar Qara dənizdən Çinə qədər uzanan böyük köçəri mədəniyyətin tərkib hissəsi idi.

Sonda qotlar və digər german tayfaları ilə ittifaq yaradan sarmatlar Qərbi Roma imperiyasının dağılmasından sonra bu torpaqlarda məskunlaşıblar. Onlar, həmçinin Şərqi Roma (Bizans) imperiyası uğrunda ağır süvari birlikləri kimi döyüşürdülər.

# 2338 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər