Azərbaycanda Facebook istifadəçilərinin sayı nə qədərdir?

Azərbaycanda Facebook istifadəçilərinin sayı nə qədərdir?
9 avqust 2012
# 11:12
Azərbaycanda Facebook istifadəçilərinin sayı 851 min 340 nəfərə yüksəlib.

İstifadəçi sayına görə dünya üzrə 84-cü yerdə olan ölkəmizdə son üç ayda qeydiyyatdan keçənlərin sayı 85 min 200 nəfər artıb.

Azərbaycanda kişilər sosial şəbəkədə qadınlara nisbətən daha aktivdirlər. Belə ki, kişilər 63 faiz, qadınlar 37 faiz təşkil edir.

Azərbaycanda Facebook istifadəçilərinin 49 faizi 18-24 yaş aralığındakı gənclərdir.

Azərbaycanda facebookçular ən çox bu məkanlarda olduqlarını qeyd edirlər: “Seqafrado” kafesi, “Həzz” klub, “Mado”, “Megapolis” klub, “Opera lounge”.

Qonşu ölkələrdə isə facebookçuların sayı belədir: Türkiyədə 31 milyon 260 min, Rusiyada 5 milyon 477 min, Gürcüstanda 815 min 400, Ermənistanda isə 314 min 680.

Amerika Birləşmiş Ştatları Facebook istifadəçilərinin sayına görə birinci yerdədir (155 milyon 579 min). İkinci və üçüncü yerlərdə müvafiq olaraq Braziliya (54 milyon 48 min) və Hindistan (51 milyon 518 min) qərarlaşıb.

Facebook sosial şəbəkəsində məşhur simalardan Eminemin səhifəsi (60 milyon 311 min) ən çox bəyənilən (like) səhifədir. Eminemin səhifəsindən sonra ən çox bəyənilən məşhurlar isə bunlardır: Rihanna (59 milyon 546 min), Şakira (53 milyon 571 min), Ledi Qaqa (53 milyon) və Beyons (38 milyon).

Fərid MİRZƏYEV
# 3233 dəfə oxunub

Oxşar xəbərlər

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər