“Oxu Zalı” yalanla dolu məqaləni niyə çap etmişdi?

“Oxu Zalı” yalanla dolu məqaləni niyə çap etmişdi?
26 iyul 2012
# 10:53
Bir mətbu orqanın digər bir mətbu orqanın siyasətini təftiş etməsi nə dərəcədə normaldır?

Əlbəttə ki, söhbət bir qəzetdə çıxan yazıya hansısa saytda yazılmış cavabdan getmir.

Söhbət bir mətbu orqanın digərinə “bu yazını niyə vermisiz?” sualını verməsindən gedir.

Bu, mətbəxə burun soxmaqdır.

“Oxu Zalı” bir neçə redaktora zəng vurub soruşur ki, niyə bu məqaləni çap etmisiniz?

Söhbət Rüstəm İbrahimbəyovun “Kabusun gözü ilə” filmi haqda “Kaspi” qəzetinin çap etdiyi resenziyasından gedir.

“Kulis” də bu məqaləni çap edib.

Biz “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin Rafiq Tağı haqqında yazılarını da çap etmişik.

Həmin film haqqında keçən ilin iyun ayında Sevda Sultanovanın resenziyasını da çap etmişik.

“Siz niyə bu yazını çap etmisiniz?” iradına bizim də cavablarımız var.

Misal üçün, “Oxu Zalı”nda keçən həftə sonu çap edilmiş bir məqaləni götürək.

Min ildir teatra getmədiyini yazan müəllif Elçin Əfəndiyevin “Şekspir” tamaşasından yazır, halbuki o əsərin müəllifi ilə adını ayırd edə bilməyəcək qədər həvəskardır, çünki Şekspirin adını görüb tamaşaya gəlib və elə bilir ki, Şekspirin hansısa pyesi tamaşaya qoyulacaq, müəllifin iri şriftlərlə yazılmış adını görmür.

Bu hələ nədir ki?

Tamaşanın yüz dəfələrlə səhnəyə qoyulduğunu yazır, halbuki premyerası mart ayında olan bu pyes heç on dəfə də səhnəyə qoyulmayıb.

Həvəskar müəllif pyesin sovet vaxtı yazıldığını deyir; Elçin Əfəndiyevin dramaturgiya fəaliyyətinin müstəqillik dövründə başladığını bilməməsini də biz ona keçərik, amma haqqında yazdığı pyesin nə zaman yazıldığını bilmədən qollarını çırmayıb məqalə yazmasına nə ad verək?

Bu məqaləni çap edən mətbu orqanın başqalarına irad tutmasına nə ad vermək olar?

Yəni, bizim də deməyə sözümüz var…
# 3016 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər