Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi
3 noyabr 2026
# 15:30

Türkiyəli repçi Killa Hakan səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu haqda onun vəkili Şükrü Sarıdere məlumat yayıb.

Vəkil bu həssas məqamda ictimaiyyətdən və pərəstişkarlardan Killa Hakanın və onun ailəsinin şəxsi həyatına hörmətlə yanaşmağı, təsdiqlənməmiş şayiələrə inanmamağı və sənətçiyə duaları ilə dəstək olmalarını xahiş edib.

53 yaşlı repçinin hansı səbəbdən səhhətinin pisləşdiyi isə hələlik açıqlanmayıb.

Hazırda ifaçının müalicəsi davam edir.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında koronavirus infeksiyasına yoluxaraq ağır müalicə kursu keçən və böyrəkləri ilə ağciyərlərində ciddi zədələnmələr yaranan sənətçinin yenidən reanimasiyaya düşməsi musiqi aləmində və pərəstişkarları arasında böyük narahatlığa səbəb olub.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər