Teylor Svift yeni mahnısını ilk dəfə canlı ifa etdi

Teylor Svift  yeni mahnısını ilk dəfə canlı ifa etdi
19 oktyabr 2026
# 12:00

Teylor Svift Los-Ancelesdə keçirilən Akademiya Kino Muzeyinin illik qala gecəsində yeni musiqi çıxışı ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, müğənni "The Life of a Showgirl" albomundan "The Fate of Ophelia" mahnısını ilk dəfə canlı ifa edib.

Svift gecədə "Love Story" və "Blank Space" kimi tanınmış mahnılarını da səsləndirib. O, həmçinin "Oyuncaq hekayəsi 5" filmi üçün yazdığı "I Knew It, I Knew You" mahnısını təqdim edib.

Kino sənayesinin nümayəndələrini bir yerə toplayan tədbir Akademiya Kino Muzeyinin sərgilərini, nümayişlərini və təhsil proqramlarını dəstəkləmək məqsədi daşıyırdı.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər