"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar
17 oktyabr 2026
# 14:00

Bu gün tanınmış ABŞ dramaturqu Artur Millerin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Varlığımızı təşkil edən hər şey hər an içimizdə diri qalır.

***

Yadda saxla, oğlum, oğurlanmış bir milyon dolları geri qaytarmaq ağızdan çıxan sözü geri almaqdan daha asandır.

***

Qazanc gətirməyən bir şeyin dəyərsiz olduğunu zənn edib aldanmayın.

***

Bəlkə də insanın edə biləcəyi yeganə şey sadəcə doğru peşmanlıqlarla ömrü başa vurmağa ümid etməkdir.

***

Xəyanət yapışıb qalan yeganə həqiqətdir.

***

Şeytan cənnətdən qovulana qədər, Tanrı belə onun gözəl olduğunu düşünürdü.

Çünki bu mənim adımdır! Çünki həyatım boyu başqa bir adım olmayacaq! Çünki mən yalan danışır, öz yalanımı imzamla təsdiq edirəm! Çünki mən asılan o insanların ayağının tozu belə olmağa layiq deyiləm! Adım olmadan necə yaşaya bilərəm? Ruhumu sizə verdim, heç olmasa adımı mənə saxlayın!

***

Mən heç vaxt olmaq istəmədiyim birinə çevrilməyə niyə can atıram axı? Halbuki istədiyim hər şey oradadır, kim olduğumu dərk etdiyim an məni gözləyir.

***

Zaman-zaman səni həlim hisslərlə xatırlaya bilərəm. Amma bir daha sənə əl uzatmaqdansa, əlimi kəsərəm...

***

Mən öz günahlarımı etiraf edirəm, başqasını mühakimə edə bilmərəm. Buna dilim varmaz.

***

Cəngəllik qaranlıqdır, Villi, amma almazlarla doludur.

***

İnsanın yazdığı ən yaxşı əsər, həmişə onu xəcalət çəkməyin bir addımlığına gətirib çıxaran əsərdir.

***

Sıravi bir insan da böyük bir insan qədər tükənə bilər.

***

O binanın ortasında dayanıb göy üzünə baxdım. Bu dünyada sevdiyim şeyləri gördüm: zəhməti, çörəyi, rahatca oturub siqaret çəkməyə ayrılan vaxtı. Sonra əlimdəki qələmə baxıb öz-özümə dedim: mən bunu niyə götürmüşəm axı? Niyə olmaq istəmədiyim birinə çevrilməyə çalışıram? Bir ofisdə özümü rəzil edib, dilənçi kimi alçalaraq nə qələt qarışdırıram? Halbuki istədiyim hər şey oradadır, kim olduğumu dərk etdiyim an məni gözləyir! Mən niyə bunu səmimiyyətlə deyə bilmirəm, Villi?

***

Portağalın şirəsini çəkib qabığını kənara ata bilməzsiniz; insan meyvə parçası deyil.

Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir - heç bir prinsip, nə qədər şərəfli olursa-olsun, onu insanın əlindən almağa haqq qazandıra bilməz.

***

İnsanların özlərini birbaşa öz həqiqətləri ilə üz-üzə qoyan sualla qarşılaşması nadir hallarda baş verir.

***

Bütün həyatımın nə qədər gülünc bir yalandan ibarət olduğunu anladım.

***

Əgər tək qalmalı olacağamsa, bunu özümlə baş-başa qalaraq yaşamaq istəyirəm.

***

Bəzən... kişinin sadəcə çıxıb getməsi daha yaxşıdır. Bəs çıxıb gedə bilmirsənsə? Bax, o zaman hər şey çətinləşir.

***

Bilmirəm nədəndir, amma hər dəfə arzuladığım bir şeyə əl uzadanda, başqaları əzab çəkməsin deyə geri çəkilmək məcburiyyətində qalıram.

Yazmaq həvəsi daxildəki xaosun nizam və məna axtarışındakı fəryadından doğur.

***

Sənin qəlbinin ətrafında bitmək bilməyən bir cənazə marşı dolaşır.

***

Zənnimcə, yaxşı bir qəzet bütün millətin öz-özü ilə apardığı söhbətdir.

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva

# 151 dəfə oxunub

Oxşar xəbərlər

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

15:30 17 oktyabr 2026
Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

10:00 17 oktyabr 2026
"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

10:00 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
Böyük balıqlar, balaca balıqlar – İtalo Kalvinonun hekayəsi

Böyük balıqlar, balaca balıqlar – İtalo Kalvinonun hekayəsi

11:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər