Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi
30 oktyabr 2026
# 14:45

Rusiyalı rəssam Emma Reznikova 32 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Emma Reznikova onurğa əzələlərinin atrofiyası xəstəliyindən əziyyət çəkib.

2024-cü ildə bu xəstəliklə əlaqədar mürəkkəb əməliyyat keçirən rəssamın sonrakı müalicəsi ağır fəsadlarla nəticələnib.

Atası Mixail Podvoxun sözlərinə görə, Emma kəskin appendisit keçirib. Lakin əvvəlki əməliyyatın fəsadları səbəbindən qarın nahiyəsində yaranan ağrını hiss etməyib. Nəticədə infeksiya qana yayılaraq sepsisə səbəb olub.

Rəssamın vəziyyəti ağırlaşıb və çoxsaylı orqan çatışmazlığı nəticəsində ürəyi dayanıb.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər