Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər
28 oktyabr 2026
# 17:30

Amerikalı tanınmış repçi Niki Minaj Miçiqanda keçirilən seçki mitinqində ABŞ Prezidenti Donald Trampla birgə səhnəyə çıxaraq ona açıq dəstəyini göstərib.

Kulis.az xəbər verir ki, tədbirdə Tramp sənətçiyə təşəkkür edib, onun xarici görünüşünə təriflər yağdıraraq səhnəyə dəvət edib.

Minaj isə çıxışında Trampın "ölkənin enerjisini dəyişdiyini və gələcəyə ümid verdiyini" bildirərək onu sonadək dəstəkləyəcəyini vurğulayıb.

Mitinqdən sonra Ağ Evin İctimaiyyətlə Əlaqələr Direktoru Stiven Çunq Minaj ilə təyyarədə çəkilən görüntülərini paylaşaraq zarafatla onun yeni mətbuat katibi ola biləcəyini deyib.

Sözügedən açıqlama sosial mediada geniş müzakirələrə yol açsa da, bu ehtimalın reallaşma şansı olduqca aşağı qiymətləndirilir.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər