"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə
17 oktyabr 2026
# 14:15

Məşhur "Manifest" qrupunun "TRALALA" adlı mahnısı "Spotify" platformasında bir gündə 2 milyondan çox dinlənilərək Türkiyədə 2026-cı ilin gündəlik və həftəlik dinlənmə rekordlarını qırıb.

Kulis.az xəbər verir ki, qısa müddətdə qlobal populyarlıq qazanan bəstə "Spotify"ın "Qlobal Yeni Çıxan Mahnılar" və "Qlobal Musiqi Videoları" siyahılarında bir nömrəyə yüksəlib.

Türkiyə hüdudlarından kənarda ən çox Almaniya, Niderland, Böyük Britaniya və ABŞ-də dinlənilən trek çoxsaylı beynəlxalq pleylistlərə daxil edilib.

"Spotify" rəsmiləri bu nailiyyəti qrup və bütövlükdə Türkiyə musiqisinin qlobal arenadakı mühüm uğuru kimi qiymətləndiriblər.

# 154 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər