Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı
17 oktyabr 2026
# 14:50

Londondakı Təbiət Tarixi Muzeyində təxminən bir əsrdir qorunan dinozavr qalığının elmə məlum olmayan yeni növə aid olduğu müəyyən edilib.

Kulis.az xəbər verir ki, kompüter tomoqrafiyası vasitəsilə aparılan araşdırmalar 120 milyon il əvvəl yaşamış bu kəllə sümüyü parçasının "Invictibellatrix amberina" adlı yırtıcıya məxsus olduğunu və Avropada təsdiqlənmiş ilk meqaraptor növü sayıldığını üzə çıxarıb.

Güclü qolları və nəhəng caynaqları ilə seçilən, təxminən 3-4 metr uzunluğundakı bu növ kiçik sürünənlər və məməlilərlə qidalanaraq ekosistemdə müasir kaftarlar kimi rol oynayıb.

Mütəxəssislər "Royal Society Open Science" jurnalında dərc olunan bu kəşfi tarixi muzey kolleksiyalarının hələ də mühüm elmi tapıntılara ev sahibliyi etdiyinin bariz nümunəsi kimi dəyərləndirirlər.

# 128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər