İzabel Alyende bir milyon avroluq mükafat qazandı — Romanını təxəllüslə təqdim etmişdi

İzabel Alyende bir milyon avroluq mükafat qazandı — Romanını təxəllüslə təqdim etmişdi
19 oktyabr 2026
# 11:40

Dünya ədəbiyyatının tanınmış simalarından İzabel Alyende İspaniyanın nüfuzlu “Premio Planeta” ədəbi mükafatının qalibi olub.

Kulis.az xəbər verir ki, çilili-amerikalı yazıçı 1 milyon avro məbləğində mükafata "Dan yeri sökülmədən" romanı ilə layiq görülüb və əsərini müsabiqəyə Luz Ventura təxəllüsü ilə təqdim edib.

Yeni roman 1982-ci ildə nəşr olunan "Ruhlar evi" əsərinin dünyasına qayıdır. Süjetin mərkəzində Çilidə Auqusto Pinoçetin diktaturası dövründə həbs və işgəncələrdən sonra həyatını yenidən qurmağa çalışan Alba dayanır. Alyende 84 yaşında qazandığı bu uğuru Nobel mükafatına layiq görülməklə müqayisə edib.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər