Fotoqraf Ci Deminin 2019–2026-cı illər arasında çəkdiyi İstanbul fotolarından ibarət "Something Is Amiss" seriyası "V&A Magazine" jurnalının 71-ci sayında dərc olunub.
Kulis.az xəbər verir ki, türkmənşəli tanınmış modelyer Erdem Moralıoğlunun redaktorluğu ilə ərsəyə gələn bu xüsusi buraxılış İstanbulun psixocoğrafiyasına fokuslanır.
İlk dəfə "Photo London 2026" sərgisində beynəlxalq auditoriyaya təqdim edilən seriya oktaybrın 24-də "Şule Gazioğlu Gallery"də reallaşacaq tədbirlə İstanbul tamaşaçılarının görüşünə gələcək.
Şəhərdəki gündəlik həyatın gizli gərginliklərini, insan sıxlığını və unudulmuş anları gün işığında flaş texnikası ilə lentə alan sənətçi "Nə əskik, nə yerindən tərpənmiş ola bilər?" sualı ətrafında İstanbulun emosional və sosial mənzərəsini araşdırır.