İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı
28 oktyabr 2026
# 13:24

İranda Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi barəsində həbs qərarı verilib.

Kulis.az xəbər verir ki, Tehran inqilab məhkəməsi rejissor barəsində əmlakı müsadirə edilməklə 5 il 1 ay müddətinə qiyabi həbs olunması ilə bağlı qərar qədul edib.

Rejissorun vəkili Mustafa Neylinin sözlərinə görə, C.Pənahinin 2 il müddətinə ölkədən çıxışına və sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulub. Bundan başqa, rejissorun bank hesabları da dondurulub.

Kinorejissora qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu isə hələlik bəlli deyil.

Tehran məhkəməsi 2025-ci ilin dekabrında Cəfər Pənahi barəsində 1 il müddətinə qiyabi həbs qərarı çıxarmışdı.

Xatırladaq ki, ötən ilin mayında C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.

# 176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər