“Qalaktikanın mühafizəçiləri”nin qəhrəmanı geri qayıdır: Kris Prat "Marvel"lə razılaşdı

“Qalaktikanın mühafizəçiləri”nin qəhrəmanı geri qayıdır:  Kris Prat  "Marvel"lə razılaşdı
28 oktyabr 2026
# 14:30

"Marvel" pərəstişkarlarını sevindirən xəbər var: Piter Kvil, yəni Star-Lord yenidən ekranlara çıxacaq.

Kulis.az xəbər verir ki, obrazı canlandıran Kris Prat qəhrəmanın Marvel kino kainatına qayıdacağını təsdiqləyib.

Aktyorun sözlərinə görə, "Marvel" rəhbərliyi ilə, o cümlədən studiyanın əsas simalarından Kevin Fayqi ilə bu istiqamətdə müzakirələr aparılıb. Ancaq Star-Lordun hansı filmdə görünəcəyi və yeni layihənin nə vaxt çəkiləcəyi hələ açıqlanmayıb. "Marvel" də onu “Avengers: Doomsday” filminin elan olunmuş aktyor heyətinə daxil etməyib.

Kris Prat sonuncu dəfə 2023-cü ildə nümayiş olunan “Guardians of the Galaxy Vol. 3” filmində bu obrazı canlandırmışdı. Filmin son səhnələrində Star-Lordun geri dönəcəyi barədə eyham var idi. İndi aktyorun açıqlaması həmin ehtimalı daha real edir. Bununla belə, tamaşaçılar konkret film adı və rəsmi nümayiş tarixi barədə məlumat üçün gözləməli olacaqlar.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər