Yunanıstanın baş naziri "Odisseya" filminə görə Kristofer Nolana təşəkkür etdi

Yunanıstanın baş naziri "Odisseya" filminə görə Kristofer Nolana təşəkkür etdi
28 iyul 2026
# 18:00

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis rejissor Kristofer Nolanla onun Homerin əsəri əsasında çəkdiyi yeni "Odisseya" filmini müzakirə edib.

Kulis.az xəbər verir ki, bu barədə "ERT" telekanalı məlumat yayıb.

Videozəng zamanı baş nazir britaniyalı rejissora Homerin poemasını ekranlaşdırdığına və bütün dünyanın Qədim Yunanıstana olan marağının oyanmasına verdiyi töhfəyə görə təşəkkür edib. Mitsotakis həmçinin çəkilişlərin böyük bir hissəsinin Yunanıstanda aparılmasına görə də minnətdarlığını bildirib.

Kristofer Nolan kimdir?

Kristofer Nolan 30 iyul 1970-ci ildə Londonda anadan olmuş ingilis və amerikalı kinorejissor, ssenarist və prodüserdir. O, müasir dövrün ən nüfuzlu, gəlirli və uğurlu rejissorlarından biri sayılır. Karyerası ərzində "Qara cəngavər" (The Dark Knight) trilogiyası, "Başlanğıc" (Inception), "Ulduzlararası" (Interstellar), "Dünkerk" (Dunkirk), "Tenet" və "Oppenheymer" (Oppenheimer) kimi qlobal miqyasda səs-küy yaradan ekran işlərinə imza atıb.

Nolanın filmləri əsasən qeyri-xətti hekayə quruluşu, zaman, yaddaş və fəlsəfi konseptlər üzərində qurulması ilə fərqlənir. O, 2024-cü ildə "Oppenheymer" filminə görə həm "Ən yaxşı film", həm də "Ən yaxşı rejissor" nominasiyalarında "Oskar" mükafatına layiq görülüb.

# 975 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər