Ukrayna teatrı Xocalı haqda tamaşa hazırlayıb

Ukrayna teatrı Xocalı haqda tamaşa hazırlayıb
26 fevral 2019
# 11:20

Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.

Ukraynanın “Çernıy kvadrat” teatrı tərəfindən səhnələşdirilən səhnə əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə hazırlanıb. Tamaşanın nümayişindən öncə, UABD, BUAK, KAK-ın sədrləri Hikmət Cavadov, Rövşən Tağıyev, Oleq Krapivin, dövlət komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxış edərək Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması istiqamətində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirilib ki, tamaşa Xocalı soyqırımı barədə Ukrayna cəmiyyətində böyük təsəvvür yaradacaq.

Sonra Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets çıxış edərək bu faciədən 27 il ötməsinə baxmayaraq, bütün hadisələrin kino lenti kimi gözünün qabağından keçdiyini bildirib. Tamaşanın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirən pilot qeyd edib ki, layihənin Xocalı soyqırımını daha çox kütləyə çatdırılmasında böyük əhəmiyyəti var.

Daha sonra tamaşa nümayiş olunub. Tamaşanın əsas süjet xəttini müharibələrin, soyqırımlarının insan düşüncəsində buraxdığı ağır izlər, bunun nəticəsində faciə görmüş insanların cəmiyyətə adaptasiya olunmasında yaratdığı çətinliklər təşkil edir.

Xatırladaq ki, layihənin rəhbəri Hikmət Cavadov, ideya müəllifi Murad Cəfərov, quruluşçu rejissoru Yuriy Klyatskin, rejissor Fuad Əliyev, ssenarisi Sergey Fedarçuk, bəstəkarı Türkər Qasımzadədir.

Tamaşanı izləyənlər arasında Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev, Ukraynanın Xalq artisti Vladimir Qrişko, Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko, vitse-prezidenti Elşad İbrahimov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllim və tələbə heyəti, diaspor fəalları da olub.

Qeyd edək ki, tamaşa Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilib. /Azertag.az/

# 2355 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər