Bədii-sənədli film təqdim olunub

Bədii-sənədli film təqdim olunub
3 aprel 2019
# 10:00

Aprelin 2-də Nizami Kino Mərkəzində “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə mərkəzin foyesində Aprel şəhidlərinə həsr olunmuş stendə baxıblar.

Təqdimat mərasimdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filmin ideya müəllifi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov deyib ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir. Bildirib ki, 2016-cı ildə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Bu sevinci bizə yaşadan qəhrəman Vətən övladlarından biri də Aprel döyüşlərində şəhid olan manqa komandiri Əbdülməcid Axundovdur. Gənclər üçün əsl qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcid Axundovun Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, belə oğullarla bağlı gənc nəslə daha geniş məlumat vermək lazımdır.

Sonra ekran əsərinin yaradıcı heyəti təqdim olunub.

Ekran əsərinin prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallı və başqaları çıxışlarında film haqqında öz təəssüratlarını bölüşüblər, Aprel döyüşlərinin hərb tariximizin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.

Filmdə ana obrazını canlandıran şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına təşəkkürlərini bildirib.

Sonda “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli film nümayiş olunub.

# 3170 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər