"Şrek 5"in yeni treyleri yayımlandı

"Şrek 5"in yeni treyleri yayımlandı
17 iyun 2026
# 12:04

"Universal Pictures" şirkəti səbirsizliklə gözlənilən "Şrek 5" animasiya filminin yeni treylerini təqdim edib.

Kulis.az xəbər verir ki, sözügedən video yutub platformasında yayımlanıb.

Yeni treylerdə tamaşaçılara ilk dəfə olaraq Fiona və Şrekin böyümüş oğulları – Ferqyus və Farkl nümayiş etdirilib. Süjet xəttinə gəlincə, yeni ekran işində Eşşək öz ailəsi ilə birlikdə sehrli bir ölkəyə maraqlı səyahətə yola düşəcək.

Geniş prokata 30 iyun 2027-ci ildə çıxacaq cizgi filminin səsləndirmə heyətində həm köhnə ulduzlar, həm də yeni məşhurlar var:

Şrek — Mayk Mayers

Fiona — Kemeron Dias

Eşşək — Eddi Mörfi

Felisiya (Şrekin qızı) — Məşhur aktrisa Zendaya heyətə yeni qoşularaq bu obrazı canlandıracaq.

Ferqyus və Farkl (Şrekin oğulları) — Komik Marsello Ernandes və aktyor Skayler Qizondo.

Qeyd edək ki, "Şrek 5"in ilk rəsmi treyleri 2025-ci ilin fevralında yayımlanmışdı. Lakin həmin vaxt franşiza pərəstişkarları məşhur qəhrəmanların yeni dizaynını, xüsusən də Şrekin vizual görünüşünü sosial şəbəkələrdə kəskin tənqid etmişdilər. Görünür, müəlliflər bu iradları diqqətə alıblar. Yeni treylerdə Şrekin xarici görünüşünün dəyişdirilərək əvvəlki hissələrdəki orijinal halına daha çox bənzədildiyi açıq-aydın hiss olunur.

Xatırladaq ki, ndiyədək çəkilmiş dörd "Şrek" filmi dünya prokatında ümumilikdə 2,9 milyard dollar gəlir əldə edib. Bu layihə sadəcə bir film seriyası olaraq qalmayıb qlobal konsert şousuna, Brodvey müziklına və bütün dünyadakı "Universal Studios" parklarında ən populyar attraksion mövzusuna çevrilib.

2001-ci ildə ekranlara çıxan orijinal "Şrek" filmi "Ən yaxşı animasiya filmi" nominasiyasında tarixdə ilk "Oskar" mükafatını qazanan ekran işidir.

# 812 dəfə oxunub

Oxşar xəbərlər

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

11:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər