Rejissor Elxan Cəfərov ARKA-ya müşavir təyin olundu

Rejissor Elxan Cəfərov ARKA-ya müşavir təyin olundu
1 may 2025
# 18:02

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub.

Kulis.az xəbər verir ki, müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.

Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan “Yuğ” teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995–1997-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki “Proloq” studiyasının bədii rəhbəri olub.
Elxan Cəfərov məktəbli yaşlarından bir sıra filmlərdə (“Sevinc buxtası”, “Hazır ol, əlahəzrət”, “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Bağ mövsümü” və s.) çəkilib. O, rejissor kimi “Əlvida” (2007), “Əlavə təsir” (2010), “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015), "Cənnət yuxusu" (2025) və s. bədii filmləri lentə alıb.

Rejissor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. “Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür. APA

# 2071 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər