"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..." - Erix Mariya Remarkdan sitatlar

"Pul ilə həll edə biləcəyin hər şey ucuzdur..."  -  Erix Mariya Remarkdan sitatlar
25 sentyabr 2026
# 15:00

Bu gün XX əsr görkəmli yazıçısı, alman ədəbiyyatının klassiki Erix Mariya Remarkın anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Həyat bizi mükəmməl etmək niyyətində deyil. Kim mükəmməldirsə, muzeyə layiqdir.

***

Arzu edirik, çünki arzular olmasa, həqiqətə dözə bilməzdik.

***

Sadə bir şeyin işə yarayacağı yerdə heç vaxt mürəkkəb iş görməyin. Bu, yaşamağın ən vacib sirlərindən biridir.

***

Nə hiss etdiyimizi büruzə verməmək üçün hər şeyi nə qədər mürəkkəbləşdirə bildiyimizə təəccüb edirsən!

***

Pul ilə həll edə biləcəyin hər şey ucuzdur.

***

Gözləyəcək heç nəyinin olmaması necə də dəhşətlidir!

Danışası o qədər çox sözümüz var ki, biz onları heç vaxt deyə bilməyəcəyik.

***

Təvazökarlıq və vicdanlılıq yalnız romanlarda mükafatlandırılır. Real həyatda isə onlardan istifadə edib bir kənara tullayırlar.

***

Hər kəs heç olmasa bir dəfə kiminsə həyatını xilas edir. Necə ki, heç olmasa bir dəfə kiminsə ölümünə səbəb olur. Hətta bunun fərqində belə olmaya bilər.

***

Unutmaq əbədi gəncliyin sirridir. İnsan yalnız xatirələr vasitəsilə qocalır.

***

Kimsə mənə bir dəfə demişdi ki, lazımi anda çəkilən bir siqaret dünyadakı bütün ideallardan daha yaxşıdır.

***

Həyat xəstəlikdir, ölüm elə doğumdan başlayır. Hər nəfəs, hər ürək döyüntüsü ölümə doğru atılan bir addımdır – sonluğa doğru kiçik bir təkan.

***

Yaxşı və ya pis, həyat həyatdır; bunu yalnız onu riskə atanda anlayırsan.

***

Hər şeyi məsafədə saxla... Əgər hər hansı bir şeyi özünə çox yaxın buraxarsansa, ona sarılmaq istəyəcəksən. İnsan isə tutub saxlaya biləcəyi heç nəyə sahib deyil.

Bir iddia nə qədər ağlasığmaz olsa da, əgər kifayət qədər özgüvənlə irəli sürülərsə, öz təsirini göstərir.

***

Güzgülər bizimlə birlikdə mövcuddur, lakin onlar bizə öz əksimizdən başqa heç nə qaytarmırlar. Onların tək qaldıqlarında nəyə bənzədiklərini və ya arxalarında nə gizləndiyini heç vaxt, əsla bilməyəcəyik.

***

Uşaqlar kimi kimsəsizik, qocalar kimi təcrübəliyik, kobud, kədərli və səthi insanlarıq — məncə, biz yox olmuşuq.

***

Bir anlığa qəribə bir intuisiyaya qapıldım ki, həqiqi və dərindən-dərinə həyat məhz elə budur, bəlkə də hətta xoşbəxtlik – kədər, ehtiram və səssiz dərketmə ilə qarışıq sevgi.

***

Birdən-birə tək qaldıq və bu yolu təkbaşına axirətinə qədər getməliyik.

***

Bəzən düşünürdüm ki, bir gün oyanacağam və baş verən hər şey bitmiş olacaq. Unudulacaq, qərq olacaq, boğulub gedəcək. Heç nəyə əmin deyiləm – hətta yaddaşa belə.

***

Amma bəlkə də dünyanın qanunu budur: nəhayət, nəyisə öyrəndiyimiz zaman onu tətbiq etmək üçün artıq çox qocayıq və beləcə dalğalar bir-birini əvəz edən kimi, nəsillər bir-birini dəyişir. Heç kəs kimsədən heç nə öyrənmir.

***

Mən onun haqqında o qədər də çox düşünmək istəmirdim. İstəyirdim ki, o, gözlənilməz, ləzzətli bir hədiyyə olsun – gəlib yenidən gedən, sadəcə, bir hədiyyə. Düşüncəyə yer vermək istəmirdim ki, bu, heç vaxt bundan artıq ola bilər. Çox yaxşı bilirdim ki, bütün sevgilərin əbədiyyət arzusu var və bütün əzabları da məhz bundadır. Heç nə əbədi deyil. Heç nə.

***

Cəsarət gəncliyin ən gözəl bəzəyidir.

***

Sən baş mələyə, axmağa və ya cinayətkara çevrilə bilərsən – heç kəs bunu görməyəcək. Lakin paltarında bir düymən əskik olarsa, bunu hamı görər.

***

Gəl, səni öpüm. Həyat heç vaxt bu gün olduğu qədər qiymətli olmamışdı...

***

Düşünmək istəyirəm, eyni zamanda dünyada sonuncu istədiyim şey də elə budur.

***

Sevdiyin insanın dərisinin nə qədər böyük təsəllisi var!

***

Hər kiçik paxla dənəsi eşidilməli və görülməlidir!

***

Heç bir əsgər min şansın hamısından sağ çıxa bilməz. Lakin hər bir əsgər şansa inanır və öz bəxtinə güvənir.

***

Həyatı bilməyimiz ölümlə məhdudlaşır.

Nə bahasına olur olsun, yaşamaq istəyirik; ona görə də özümüzü elə hisslərlə yükləyə bilmərik ki, sülh dövründə bəzək ola bilsinlər, amma burada tamam yersizdirlər.

***

Bu kitab nə ittiham, nə dəetirafdır, hər şeydən əvvəl isə macəra olmalıdır; çünki ölüm onunla göz-gözə gələnlər üçün macəra deyil. O, sadəcə mərmilərdən xilas olsalar belə, müharibənin məhv etdiyi bir nəsil kişilərdən bəhs etməyə çalışacaq.

***

Reallığın arzular oyada bilməsi, lakin onları heç vaxt təmin edə bilməməsi kədərli bir sirr idi.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 141 dəfə oxunub

Oxşar xəbərlər

İşıqlar sönəndən sonra - Yeni hekayə

İşıqlar sönəndən sonra - Yeni hekayə

11:00 25 sentyabr 2026
"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

"Mənə qəhrəman göstər, sənə faciə yazım..." - Frensis Skott Fitscerald

13:30 24 sentyabr 2026
"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

"Dəlilik həddinə çatana qədər sevmişəm..." - Fransuaza Saqanın sitatları

10:00 24 sentyabr 2026
Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

12:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər