Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı
6 iyun 2026
# 15:00

Amerikalı aktrisa Cennifer Qarner aktyor Ben Afflek ilə boşanmasının karyerasına necə təsir etdiyi barədə fikirlərini bölüşüb.

Kulis.az xəbər verir ki, 54 yaşlı sənətçi şəxsi həyatı barədə "InStyle" nəşrinə danışıb.

Aktrisa məsələ ilə bağlı bunları qeyd edib:

"Uşaqlar balaca olanda mən çox az işləyirdim, sonra isə ailəmizdə elə sarsıntılar baş verdi ki, uzun müddət demək olar ki, heç yerdə çəkilmədim".

Ailə və iş balansını qoruya bilməyən insanları o, özlərinə qarşı daha mərhəmətli olmağa və qüsurlarını qəbul etməyə çağıraraq əlavə edib:

"Balans deyə bir anlayış yoxdur. "Hər şeyi doğru etmək" deyə bir şey yoxdur. Və nəsə vacib bir şey baş verdikdə siz yaxşı olmalısınız ki, uşağınız da bunu hiss etsin".

Qeyd edək ki, Afflek və Qarner 2001-ci ildə "Pörl-Harbor" (Pearl Harbor) filminin çəkilişlərində tanış olsalar da, onların münasibətləri yalnız 2004-cü ildə "Cəsur ürək" (Daredevil) filminin çəkilişləri zamanı başlayıb. Onlar 2005-ci ildə evlənib və 2015-ci ildə ayrılıblar.

# 830 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər