“Kür” sənədli filmi beynəlxalq layihədə qalib oldu

“Kür” sənədli filmi beynəlxalq layihədə qalib oldu
28 iyul 2026
# 14:32

Gürcüstanda keçirilən Svaneti Beynəlxalq Film Festivalının Beynəlxalq pitçinq bölməsinə Azərbaycandan 2 tammetrajlı sənədli film layihəsi seçilib.

Kulis.az xəbər verir ki, festival çərçivəsində montaj mərhələsində olan filmlərin pitçinqi üçün “Work-in-Progress” bölməsi və inkişaf mərhələsində olan film layihələri üçün “Pitçinq Forum” təşkil edilib. Pitçinqlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Misir, Qazaxıstan, İtaliya kimi ölkələrdən film layihələri iştirak edib.

Montaj mərhələsində olan layihələrin münsiflər heyəti Doha Film İnstitutunun rəhbəri Xəlil Benkriani, Tribeka Film Festivalının bədii rəhbəri Frederik Boyer, Venesiya, Lokarno, Roma Film festivallarının sabiq direktoru Marko Müller və məşhur iranlı rejissor Amir Naderidən ibarət idi.

Azərbaycanı təmsil edən “14 gün dustaqlıqda” filmi (rejissor Afaq Yusifli, prodüserlər Tahir Tahiroviç, Murad Allahverdi, Afaq Yusifli) “Work-in-progress”, “Kür” tammetrajlı sənədli filmi (rejissor Murad Allahverdi, prodüser Afaq Yusifli) isə Pitçinq Forumda təqdim edilib. “Kür” layihəsi Pitçinq Forumun baş mükafatına – “Ən yaxşı pitçinq və Ən yaxşı layihə” layiq görülüb.

Pitçinq Forumun münsiflər heyəti Turin Film Laboratoriyasının təmsilçisi Alona Şumakova, “Qara Gecələr” Film Festivalının proqramçısı (PÖFF Estoniya) Edvinas Puksta, Gürcüstan Film Akademiyasının sədri Nikolas Abramaşvilidən ibarət olub.

Jürinin qalib layihə üçün qeydi belədir: “Filmin toxunduğu çox vacib mövzu təkcə öz ölkəsini yox, bütün regionu əhatə edir. Filmin monumentallığı, tarixi elementləri və ekoloji xüsusiyyəti diqqət çəkir”.

Qeyd edək ki, bu artıq “Kür” film layihəsinin 4-cü beynəlxalq uğurudur. Bundan əvvəl layihə “KinoLab” layihəsinin pitçinqinin qalibi, CineDoc Mentorluq proqramının iştirakçısı və pitçinqin qaliblərindən biri, Dəyişiklik Beynəlxalq Müştərək istehsal təlim proqramının iştirakçısı olub.

Rejissor Murad Allahverdinin layihədə iştirakına Azərbaycan Kinematoqrafçılar İttifaqı maddi dəstək göstərib.

# 870 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər