"Bir adam yaratmaq" filmi nə vaxt yayımlanacaq?

"Bir adam yaratmaq"  filmi nə vaxt yayımlanacaq?
2 aprel 2026
# 17:49

Türk ədəbiyyatının məşhur nümunələrindən biri olan "Bir adam yaratmaq" əsəri ekranlaşdırılıb.

Kulis.az xəbər verir ki, Nəcib Fazıl Kısakürekin eyniadlı əsəri əsasında çəkilən film 1 may 2026-cı ildə tamaşaçılara təqdim olunacaq.

İlk dəfə 1937–1938-ci illərdə Muhsin Ertuğrul tərəfindən teatrda səhnəyə qoyulan əsər 87 ildən sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kinoya uyğunlaşdırılıb.

Filmin rejissoru Murat Çeridir. Baş rolda çıxış edən Engin Altan Düzyatan Hüsrev obrazını canlandırır. Ekran işində həmçinin İsmail Hakkı, Deniz Barut, Hakan Meriçler, Gülper Özdemir, Altan Erkekli və Serpil Tamur rol alıblar.

Film Boğaziçi Film Festivalında Türkiyə premyerasını edib, həmçinin Fəcr Film Festivalında dünya premyerası ilə nümayiş olunub.

Ekran işi Çennay Beynəlxalq Film Festivalı çərçivəsində “İkinci ən yaxşı beynəlxalq film” mükafatına layiq görülüb. Baş rol ifaçısı Engin Altan Düzyatan isə Boğaziçi Film Festivalında “Ən yaxşı aktyor” mükafatını qazanıb.

Müasir kino dili ilə yenidən çəkilən film bir dramaturqun yaşadığı dərin psixoloji sarsıntıdan və onun yaratdığı əsərlə şəxsi həyatı arasında yaranan ziddiyyətlərdən bəhs edir.

# 1244 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər