48-ci Moskva Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

48-ci Moskva Beynəlxalq Film Festivalının qalibləri açıqlandı
24 aprel 2026
# 10:40

Moskvada 48-ci Moskva Beynəlxalq Film Festivalının yekunları vurulub, müxtəlif ölkələrdən və janr kateqoriyalarından olan laureatların adları açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə festivalın teleqram kanalında məlumat yayılıb.

"Qızıl mükafat" Hindistana getdi

Festivalın ən nüfuzlu mükafatı olan Ən yaxşı filmə görə "Qızıl mükafat" hindistanlı rejissor Fazil Razakın "Ehtiras" filminə verilib.

Münsiflər heyətinin Xüsusi mükafatını isə Daniel Qusmanın "Əvəz" ekran əsəri qazanıb.

Ən yaxşı rejissor işinə görə mükafata "Vıqotski" filmi ilə Anton Biljo layiq görülüb.

Aktyor oyununa görə mükafatlar isə Sergey Qilyova (Rusiya, "Vıqotski") və Amrutha Krişnakyumara (Hindistan, "Ehtiras") təqdim edilib.

Digər nominasiyalar və qaliblər

Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn "Ata" döyüş-dramı ("Kinomir" prodüser şirkəti və "KION" onlayn kinoteatrının birgə istehsalı) "Tamaşaçı rəğbəti" mükafatına layiq görülüb.

"Rusiya premyeraları" müsabiqəsində Viktor Şamirovun "Kainatın temperaturu" filmi ən yaxşı ekran işi seçilib. Çinli rejissor Syuysun Çjenin "Evə aparan uzun yol" əsəri isə "Ən yaxşı sənədli film" mükafatını qazanıb.

Qeyd edək ki, bu il aprelin 16-dan 23-dək davam edən festivalda 19 dünya və beynəlxalq, həmçinin 96 Rusiya premyerası olmaqla, ümumilikdə 200-ə yaxın film nümayiş olunub. O cümlədən, əsas müsabiqə proqramında İtaliya, Argentina, Hindistan, Cənubi Koreya və digər ölkələrdən 13 film təqdim edilib.

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər