Türk superstarı Ajda Pekkan yemək kitabı çıxarır
Türk superulduzu Ajda Pekkan Bursada verdiyi konsertində dinləyicilərə maraqlı xəbər verib. Pekkan yeni yemek kitabı buraxacağını belə açıqlayıb: "Kitabım çıxır. Amma bildiyiniz yemək deyil. Hedonistəm (həyatın ali məqsədinin həzz hissi olduğuna inanan cərəyan – G.Ə) mən. Artıq yeməklər çox fərqlidir. Bəyənməyə bilərsiniz. Biz sizin məharətinizə öyrəşdik, siz də bizimkilərə öyrəşin”.
65 yaşlı ulduz evində bir ayı da saxlayacağını da açıqlayıb: "Bir reabilitasiya mərkəzində balaca ayı balaları varmış. Anaları vəhşicəsinə öldürülən, ya da küçədə oynadılan ayı balaları. Bu balaca ayıların bir evə ehtiyacı var. Mən də onlardan götürüb saxlamaq istəyirəm. Siz (tamaşaçılar –G.Ə) mənim həyatımsınız, amma onlar çox incidilirlər. Yeni ev yoldaşım ayı olarsa, təəccüblənməyin”.
Geyimlərinə görə də fərqlənən müğənni bu yaxınlarda “Twist” markası ilə geyim kolleksiyası hazırlamışdı.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar
16:10
25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?
12:00
25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu
15:30
24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?
15:00
24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
10:09
24 sentyabr 2026
"Resident evil"dən rekord
11:00
23 sentyabr 2026