Kann festivalında ulduz yağışı! - SİYAHI

Kann festivalında ulduz yağışı! - SİYAHI
15 aprel 2011
# 16:14
Festivalda məşhur rejissorlar, aktyor və aktrisalar, hətta prezident də iştirak edəcək.

Kulis.az-ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə,
festivalın ən iddia filmlərindən biri amerikalı rejissor Malik Terrensin "Həyat ağacı" dramıdır. Filmdə məşhur aktyorlar Bred Pitt və Şon Penn çəkiliblər.

Kann festivalına dünyaşöhrətli rejissorlar danimarkalı Lars von Trier və ispan Pedro Almodovar da qatılacaq.

"Qaranlıqda rəqs edənlər", "Dalğaları yararkən" filmləri ilə tanınan rejissor Kannda bu il "Melanxoliya" dramını təqdim edəcək.

Pedro Almodovar isə "Yaşadığım dəri" adlı filmi ilə yarışacaq.
Sözügedən filmin baş rolunu Antonio Banderas oynayır. Film qızını öldürüb qaçan atanın axtarışına çıxan həkimdən bəhs edir.

Tamaşaçılarda maraq doğuracaq digər film rejissor Pyer Şollerin “Xüsusi baxış” proqramı çərçivəsində göstəriləcək "L Exercise del Etat" adlı ekran əsəridir.

Film 2007-ci il prezident seçkilərində qalib gələndən sonra keçmiş arvadını tapmağa çalışan Nikola Sarkozidən bəhs edir.

Qeyd edək ki, bu il festivala 1715 film təqdim olunub. Bunlardan 49 tammetrajlı film seçilib.
# 2832 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər