Ruhi xəstəsi onu bıçaqlayıb öldürdü - Güneldən SEVGİ HEKAYƏSİ

Ruhi xəstəsi onu bıçaqlayıb öldürdü  - Güneldən SEVGİ HEKAYƏSİ
31 may 2016
# 12:11

Kulis.az Günel Eminlinin “Ərik çəyirdəyi” hekayəsini təqdim edir.

O, məni sevirdi. Dəlicəsinə. Bəzən sevgisinə tab gətirə bilmirdim. Məhəbbətinin dalğasında, sunamisində boğulurdum. Arada sevgisindən fasilə götürmək istəyirdim. Amma alınmırdı. Eşqi ətrafımı elə bürümüşdü, nəfəslik qoymağı da unutmuşdu. Onunla psixiatr kabinetində tanış olmuşdum. Daha doğrusu, mən onun xəstəsi idim. Ara-sıra yanına gedib, qorxularımdan danışardım. Bu vahimələrin məni necə dəli etdiyini söyləyirdim: gecələr otaqda 39 dərəcə hərarətdə üşüməyimdən, kilo almamaq üçün bütün ərzaqları tullamağımdan, qonşulara rast gəlməyim deyə liftə qaçaraq minməyimdən, qaranlıq dalanda bir gün zorlana biləcəyimdən, zəlzələ baş verdikdə hamamda olacağımdan. Amma o, təmkinini pozmadan dinləyir, kreslosundan qalxıb qrafindən fincana su töküb mənə uzadırdı. Sanki belə də olmalı idi. Bu bir fincan suya sanki möcüzəvi eliksir kimi baxırdım. İnanırdım ki, şəhərin ən təcrübəli həkiminin əlindən bu suyu içib, bütün mənasız fobiyalarımdan xilas olacaqdım. Heç yadımdan çıxmaz. O, sonra soyuqqanlılıqla əlavə etmişdi: “Siz sevgisizlikdən əziyyət çəkirsiz”. Bu ifadə məni qıcıqlandırmışdı: “Heç də yox!”, - deyə kəskin etiraz etmişdim. “Məni hamı sevir, dostlarım, valideynlərim, iş yoldaşlarım”, - demişdim. O, eyni tövrdə yenə davam etdi: “Anlayıram. Amma onların sevgisi sizə adi, necə deyim, təbiətdən belə olan, yəni belə də olmalıdır, başqa necə ola bilər ki?” şüarına uyğun gəlir. Siz isə utopik sevgi, öz dünyanızda yaratdığınız, qazanılmış sevgi istəyirsiniz. Siz sevginizi hər səhər qulağınıza pıçıldayan, üşüyəndə soruşmadan pencəyini üstünüzə salan, qorxanda əlinizi sıxan, qorxularınızı, fikirlərinizi, arzularınızı birlikdə böləcəyiniz adamın arzusundasınız.”

Axı, özü belə adam idi. Mən ona qorxularımı, o isə mənə sevgisini etiraf etmişdi. Sevib, sevilməyin hər sevincini yaşatmışdı. Onunla həyatımızı sevimli karamelli qəhvə kimi təsvir edirdim. Ehtiraslı, canlı, son damlasına qədər həyəcanverici. Mən bütün fobiyalardan uzaq düşəndən sonra yaşamağın dadını çıxarmağa başladım.

O, heç gözləmədiyim halda xəstəliyə tutuldu. Güclü ipoxondriyadan əziyyət çəkirdi. Amma bunu özünə yox, mənə qarşı yönəltmişdi. Ona elə gəlirdi ki, mən xəstələnib ölə bilərəm. Xərçəngə tutularam, iltihablı qrip, vərəm, infeksion, tibb aləminə məlum və aşkar olmayan bütün xəstəliklərə tutulmaq ehtimallarım onu rahat yaşamağa, hətta get-gedə işləməyə qoymurdu. Səhərimizi nar şirəsi ilə açıb, ərik çəyirdəyi ilə bitirirdik. Oxumuşdu ki, ərik çəyirdəyi ən güclü antioksidantlardan biri hesab olunur. Onları təmizləyib, sevgiylə qablaşdırıb iş yerimə gətirirdi. İndi yadıma salanda gülümsəyirəm. Amma xatırlamaq xoşdur. Beləcə, indi 78 yaşın içindəyəm. Gündəlik yazıram. O, mənim tez öləcəyimdən qorxurdu. Amma özü 34 yaşında ruhi xəstəsi tərəfindən bıçaqlanıb öldürüldü. Mən isə ömrüm boyu onun dəli, ipoxondrik sevgisinə sadiq qaldım.

Sevgilərlə, əzizim...

# 3502 dəfə oxunub

Oxşar xəbərlər

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər