Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırıldı

Laçın Beynəlxalq Film Festivalının qalibləri  mükafatlandırıldı
27 avqust 2026
# 10:30

Laçın Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) mükafatlandırma mərasimi olub.

Kuis.az xəbər verir ki, mərasimdə festivalın direktoru Amil Amal tərəfindən qaliblərə və fərqlənən iştirakçılara mükafatlar təqdim edilib.

Festival çərçivəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova, Xalq artisti Şamil Süleymanlıya, Elşad Ərşadoğluya və İlkin Umarova “Qızıl Palıd Budağı” mükafatı təqdim olunub. “Golden Oak Branch” mükafatına Jean-Marie Villeneuve, Toktobek Usonov Usonovich layiq görülüblər.

Mükafatlar, həmçinin cəmiyyətin aktual məsələlərinin kino dili ilə ifadəsinə, kino aktyoru sənətinin inkişafındakı xidmətlərə və digər kateqoriyalara görə verilib.

Münsiflər heyətinin xüsusi diqqətini çəkən filmlər sırasında Ayan Məlikin “Laylay”, aktyor Anar Buludun “Timşel”, Asiman Ağa Rövşənin “Divarın o üzü”, Mehmet Oğuz Yıldırımın “Kudret”, Kübra Binnətovanın “Eyni yağış altında”, İqor Smolanın “It lives under the snow”, Marcin Tomaszewskinin “Karma. The line between”, Rezanın “Aşıqlar çayxanası”, Zeljko Stanetiçin “Milena”, Nodir Nuriddinoviç Abdukarimovun “Cold Spring” filmləri yer alıb.

Bundan əlavə festivalın müsabiqə proqramına seçilən bütün 39 filmin iştirakçılarına “Rəsmi iştirakçı” sertifikatı təqdim olunub. Ümumilikdə 17 nəfər mükafata layiq görülüb.

Laçın Beynəlxalq Film Festivalı Qarabağda və Şərqi Zəngəzurda keçirilən ilk beynəlxalq film festivalıdır. Festivalın əsas məqsədi Azərbaycan kinosunun təbliği, yerli və xarici kino nümayəndələri arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, eləcə də regionun mədəni həyatının canlandırılmasına töhfə verməkdir.

# 747 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər