Ölək, asılıb qalmasın bizdən azadlığımız

Ölək, asılıb qalmasın bizdən azadlığımız
14 fevral 2013
# 11:49

Bizli planımız bizə düşmədi. Bizim görüş yeri plana düşdü. Söküldü ağac-ağac. Sovruldu adam-adam...

Küləkdi, gedək dənizə baxaq. Susaq. Qağayılar bizi qısqandırsınlar dənizlə səmanın arasında asılıb qalmış sevgiləri ilə. Külək sevgili dənizini necə ehtirasla qollarında göylərə qaldırıb yatağına çırpdığını göstərsin bizə... Dalğalar su ilə qurunun arasında əbədi uzanıb onları gözləyən sahilə çırpılaraq sevdiyinə əslində necə içdən qovuşmaq gərək olduğunu gözümüzə soxsunlar...

Baxaq və anlayaq ki, sahilə düşmüş balıq əslində susuzluqdan yox, sevgili dənizsizlikdən partlayıb ölür...

Anlayaq ki, külək meşənin, səhranın yox, dənizin alın yazısıdır...

Və nəhayət anlayaq ki, qarşılığı olmayan ən bütöv azadlıq belə yarımçıqdır... Anlayaq və hava qaralanda gedək ocaq qalayaq. Yanaşı oturub alovun odunlara minib dilim-dilim göylərə uçaraq necə azad olmasına tamaşa edək...

Sonra komplekslərimizə etiraz edək. Soyunaq... Odunları biz olan başqa bir ocaq qalayaq... Kirlənək tər təmiz olana qədər. Tərləyək susuzluqdan donana qədər. Yanaq, ehtiras nəfəsi boğana qədər...

Aramızda bütöv bir azadlıq doğulsun... Sudan, torpaqdan, oddan və havadan yaranmış azadlıq. Tərli, kirli, təngənəfəs, ehtiraslı bir azadlıq...

Sonra öz azadlığımızı özümüzdən də azad edək. Ölək, asılıb qalmasın bizdən bizim azadlığımız. Qoy bizi öz azadlığımız yesin....

# 4353 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #