Tarık Akan, Mirzə Fətəli, Mirzə Cəlil...

Tarık Akan, Mirzə Fətəli, Mirzə Cəlil...
17 sentyabr 2016
# 11:56

Qan Turalı yazır

Canımdan Tarık Akanın ölüm soyuğu heç cür çıxmır.

Tarık Akan “Vizontele Tuuba” filmində ucqar bir kəndə sürgünə göndərilən kitabxana müdirini oynayır.

Amma bu kənddə kitabxana yoxdur.

Olmayan kitabxananın müdiri.

Müdir orda kitabxana düzəldir.

Bu epizod Tarık Akanın sənət missiyasını çox gözəl ifadə edirdi.
Yox yerdən sənət yaratmaq.

Minlərlə ucuz filmin arasından çıxıb susuz sənət məbədinə can atmaq sevdasıdı bu.

"Yol" filmi ilə "Sürü"dən ayrılan aktyor (bu iki filmə mütləq baxmaq lazımdır) elə bir məbəd tikməyi bacardı ki...

Bu sənətin “işığına milyonlar şərikdi”...

Bəyəm Mirzə Fətəli də bu aqibəti yaşamamışdımı?

Teatr yoxuydu amma o pyes yazırdı.

Ya da Mirzə Cəlil oxuyub-yazmaq bilməyən xalq üçün jurnal buraxırdı və sözü o kəslərə deyirdi ki, ona qulaq verməyib it boğuşdurmağa gedirlər.

Tarık Akan buna görə də kino deməkdir.

Mirzə Fətəli buna görə də teatr deməkdir.

Mirzə Cəlil buna görə də nəsr deməkdir.

Sənət bu adamlara görə mövcuddur.

Buna görə də belə ölümlərin soyuğu canımızdan çıxmır.

Bu adamların ölümü ilə dünyanın işığı azalır.

Amma o işıq bəzən öləzisə belə heç zaman sönmür.

Çünki idealizm yoluxucu xəstəlikdir.

Sənət sevdası ölümcüldür.

# 1470 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #