Qızın verdiyi qartopular

Qızın verdiyi qartopular
31 yanvar 2013
# 17:37

Uşaq vaxtı qartopum tez-tez o qızgilin həyətinə düşərdi...

O da gətirib mənə qaytarardı... Bilərdim ki, mənim qartopum deyil. Özü düzəldib, guya mənimkidi deyə mənə gətirmək üçün...

Üzür diləyib alardım qartopunu. Amma bir qədər sonra qartopum yenə məndən ən azı 5 yaş böyük olan o qızgilin həyətinə düşərdi... Sonra yenə... sonra yenə... Hamısı da ovcumda əriyərdi onun gətirdiyi qartopular. Bilə-bilə ki, əlcəklərimi islatdığıma görə axşam Anam danlayacaq, atmağa ürəyim gəlməzdi onları. Hamısı ovcumda əriyərdi sonadək. Böyüdükcə bərkiyirdi, bərkidikcə daha gec əriyirdi qartopular...

İndi nə o qar var, nə o həyət, nə o qız...

Qız ərə getdi bədbəxt oldu. Həyət işğal olunub məhv edildi.

Göylər də qartopuluq qarını kəsdi mən olan yerlərdən...

Hərdən ürəyimdən qartopu dalınca qar olan yerlərə getmək, yaşamaq, yaşamaq keçir...

Bəlkə də illərdi hardasa həyətdə bir tənha qadın oturub hasardan qartopu gözləyir. Götürüb həyətdən qartopulu uşağlıq illərinə çıxmaq üçün əlində hazır qartopusu da var...

# 3830 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #