Bu gün tanış oldular. İlk təəssürat: Sən də kürəyimdən vurdun?...
Həmişə içində hiss etdiyi, yeganə sirdaşı... vicdanı... Allahı... ürəyi də içindən çıxıb kürəyinə keçdi... Hətta o da arxadan vurdu...
Indi başa düşdü ona qarşı çox haqsızlıq etdiyini...
...Haqsızlıq edib seçimlərini düz etməyəndə...
Haqsızlıq edib ovuc boyda yerə dünyanı sığışdıranda...
Ağlına da gəlməzdi o ovuc boyda olan varlıq bir gün dilə gələcək...
O bir ovucluq yerə kimləri... nələri toplamamışdı...?
Dərd ilə sevinc, doğmalarla yadlar, dostlarla düşmənlər, köhnə sevgili ilə yeni sevgili bu darısqallığa tıxanıb qalmışdılar...
Kimə neçə millimetr yer düşürdü o ovuc boyda məkanda?
Kim daha çox yer tuta bilmişdi?
Kim daha rahat idi orada?
Və bir gün... o da keçdi kürəyinin arxasına... o da zərbəsini qəfildən vurdu...
...Tək düşünə bildiyi: durmadan danışanda, dinləmədən ittiham edəndə, daha çox incitmək üçün əlindən gələni edəndə onu düşünməlisən ki, qarşında dayanıb səni dinləyən sənə dağ boyda insan kimi görünə bilər... Amma hər fikirdə, cümlədə, sözdə daha da zərblə, itiləyib atdığı sözlər o dağa yox, ovuc boyda varlığa dəyir... dünyanın dərdini daşıyan bir ovuc varlığa...
P.S. Sizin üçün döyünən ürəklərin ritminə uymağa çalışın...
Ovucdakı dünya
Oxşar xəbərlər

Pampers dərdi və bərbər
10:00
14 iyun 2025

İsmayıl qurbanı əhvalatının müasir versiyası
12:00
6 iyun 2025

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?
12:00
2 iyun 2025

Röyanın Kannda nə işi var?
14:30
24 may 2025

Kütlə həmişə kütdür
12:00
11 may 2025

Messi, Ronaldo, yoxsa Lamin Yamal...
10:59
7 may 2025