Qərib adam

Qərib adam
29 aprel 2014
# 10:13

Səhər Əhmədin “Görüşməyənədək” sirdaşını vərəqləyərkən ağlımdan şütüyənlər

Bu dünyanı kim belə
bir qəfəslik saxlayıb?
dörd divarın içində
bir nəfəslik saxlayıb


Bu dünya məhbəsindən çıxmaq arzusu bu məhbəsə doğularkən düşdüyü gündən cırmaqlayır qərib-qərib adamların yaxasını. Bəli, qərib! “…hara getsəm qəribəm, yerlilərin içində...” deyir Səhər Əhməd.


Bu dünya ögeydir onlara. Onların bu dünyadan böyük öz dünyaları, öz planetləri var. Ruhlarının qərar tutduğu dünya!
Hər gün üz-üzə gəldiyiniz, adi insandan zahirən heç də seçilməyən bu qəriblərin şair olduğunu biləndə düşündünüzmü heç, bunlar yadplanetlilərdir?!


Nə yazıq bunlar bu dünyaya bu yer üzünə möhürləndilər.


…çarmıxa çəkdi bizi,
bu ayaqlar, bu əllər

Milyonların içində yalqızlığını duyduqca “barmaqlarının ucunda” sakitcə qaçmaq (yer üzündən) arzusu, “dəlidir” – qınağından qorxaraq sirrini-arzusunu içində şüşələmək, göyüm-göyüm göynəməkdir, göy üzündən ötrü:


hey göylərə can atır
yazıq ağaclar, yazıq.
göydə torpaqdan gözəl
azadlıq var azacıq


Azadlığı göylərdə duyan şairə yer üzü dar ağaclarından başqa bir şey deyildir:


…adamlar hamısı dar ağacıymış
günahı yellənir baxışlarında…

Bu günah dolu dar ağaclarını sezmək bezməkdir, bezmək! Hamıdan qaçmaq. Sadəcə bir arzu, bir istək:


“…bir yuva istəyirəm
bir quşqonmaz budaqda.
bu dünyadan qıraqda
bir ev istəyirəm mən
”.

və tənhalığı həsədlə vəsf etmək:

Tənhalıq
qalın bir meşədə
balaca tala kimidir
bir kötük üstə oturub,
dincəlmək dəmidir


Bu etiraflar pafos deyil, şair ruhunun cismani vəhdətdən dartınmağı, dünyəvi məkana darlığıdır.

Çünki hər şeyə rəğmən ”…Gətir bir ümid yandır, bir ümid uzaqbaşı…” deyə bilir şair.

Bu ümidlə hər açılan səhərdə Səhər doğularkən son sözlə vidalaşmamağa bir ümid var -“GÖRÜŞMƏYƏNƏDƏK”.

# 2157 dəfə oxunub

Oxşar xəbərlər

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
# # #